Yüklənir...
Местоположение: Bakı
Ərazi: Yusifbəyli, Şərq Bazar, Radiozavod, Binə, Mərdəkan Region üzrə: Sumqayıt Dinamik inkişaf edən komandamıza Təmizlik işçisi vəzifəsi üzrə məsuliyyətli və səliqəli əməkdaş dəvət edirik. Vəzifə öhdəlikləri: İş günü ərzində mağazanın təmizliyini və səliqəsini tələb olunan səviyyədə təmin etmək; Vitrin, rəf və digər mağaza ərazilərinin təmizliyini həyata keçirmək; Mağazanın açılışına qədər ticarət zalını, inzibati əraziləri və sanitar qovşaqları təmizləmək və havalandırmaq; Təsdiq edilmiş qrafikə uyğun olaraq sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamaq; Aşkar edilmiş təmizlik və səliqə ilə bağlı çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq; İş zamanı müştərilərin ticarət zalında sərbəst hərəkətinə mane olmamaq; Müştərilərlə ünsiyyətdə gülərüz və mehriban davranmaq; Təsdiq edilmiş iş formasına və xarici görünüş tələblərinə riayət etmək; Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında və dəqiq yerinə yetirmək; İş gününün sonunda mağazanı təmiz və səliqəli vəziyyətdə təhvil vermək; Daxili intizam qaydalarına riayət etmək. Namizədə tələblər: Yaş həddi: 30–50 yaş; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Natamam orta və ya orta təhsil; Təmizlik vasitələri və avadanlıqlarından düzgün istifadə qaydalarını bilmək; Məsuliyyətli, səliqəli və intizamlı olmaq; Fiziki işə uyğun olmaq. Əmək şəraiti: Əmək haqqı: 500–600 AZN; 6 günlük iş rejimi; Nahar şirkət tərəfindən qarşılanır; Bonus və əlavə imtiyazlar mövcuddur. Əlaqə - 055 500 91 00