Местоположение: Bakı
Təsvir Müxtəlif maliyyə alətləri və biznes xətləri üzrə faiz dərəcəsi riskinə məruz qalmaları təhlil etmək; Faiz dərəcəsi riskindən qorunmaq üçün hedcinq əməliyyatları aparmaq və təşkilatın risk-gəlir profilini optimallaşdırmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək; Faiz dərəcələrinin dəyişməsini və onların təşkilatın maliyyə nəticələrinə təsirini izləmək; Faiz dərəcəsi riskinin idarə edilməsi üzrə requlyator qaydalara uyğunluğu izləyir və bu uyğunluğun təmin edilməsi üçün müvafiq addımlar atmaq; Faiz dərəcəsi riskinə məruz qalmaları və təsirlərin azaldılması yönündə strategiyaları hazırlayaraq yüksək səviyyəli rəhbərliyə çatdırmaq və müvafiq maraqlı tərəflərlə bölüşmək; FTP metodologiyalarının hazırlanmasında yaxında iştirak edir və faiz riskləri yönündən metodoloji təkliflər hazırlamaq; Faiz risklərindən qorunmaq üçün müvafiq modellər (EVE və NII) hazırlayaraq simulyasiyaları APİK komitəsinə periodik olaraq təqdim etmək; Müxtəlif modellər və proqnozlaşdırma işlərini təşkil edir və bir başa rəhbərə təqdim etmək; Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatlarının hazırlanması təmin etmək; Mütəxəssis və kiçik mütəxəssislərin işinin düzgün yönləndirilməsində iştirak etmək; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s. Tələblər Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə; Faiz dərəcəsi riskinin idarə edilməsi prinsipləri və requlyator tələblər haqqında güclü anlayış; Maliyyə təhlili və modelləşdirmə bacarıqlarına sahib olmaq; Faiz dərəcəsi üzrə törəmə maliyyə alətləri və hedcinq strategiyaları haqqında biliklər; Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahədə ixtisaslaşma; Faiz dərəcəsi riskinin ölçülməsi və təhlili alətləri ilə təcrübə; Yüksək səviyyədə analitik və problem həll etmə bacarığı; Maliyyə modelləşdirmə və kəmiyyət təhlili üsullarında qabaqcıl biliyə sahib olmaq; Faiz dərəcəsi riskinin idarə edilməsi ilə bağlı normativ tələblərlə tanışlıq; IRRBB prinsipləri üçün mürəkkəb requlyator təlimatları şərh etmək və tətbiq etmək bacarığı; Mühasibat uçotu prinsipləri və maliyyə hesabatı standartları, xüsusən də faiz dərəcəsi riski ilə bağlı biliklər. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.