Hesab və Ödəniş Xidmətləri, Maliyyə Texnologiyaları sahəsinin Elektron Ticarət qrupunun Baş Məhsul Sahibi - PASHA Bank

Местоположение: Bakı

Təsvir Məhsulun Strategiyasını ən azından 12 aylıq ( maks 3 illik) müddət üçün hazırlamaq; Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırmaq; Strategiyadan irəli gələrək xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaratmaq və prioritetləşdirmək; Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olmaq; Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq; Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq; Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək; Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq; Tələblər Təhsil səviyyəsi və istiqaməti:  Ali Təhsil İş təcrübəsi (il və/və ya sahə olaraq):  5 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (Təhlil, biznes və ya İT); Texniki səriştələr:  Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspertin anlayışına malik olmaq; Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.); Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqlara sahib olmaq; Yumşaq səriştələr:  Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq; Sürətli rejimdə nəticə yönümlü işləmək; Komandada işləmək; Problemləri həll etmək; Konfliktləri idarə etmək; Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq; Dil bilikləri:  Azərbaycan dili – səlis; İngilis dili – orta (min. Intermediate) Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.