Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı Filialları üzrə Satış və Əməliyyatlar/ Bridge Plaza şöbəsinin Müştəri Xidmətləri qrupunun Qarşılama üzrə Assistent - PASHA Bank

Местоположение: Bakı

Təsvir Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi; Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması; Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımı tədbirlərin görülməsi; Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi; Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası; İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi; Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi; Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması; Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi; Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi; Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi; Filial rəhbəri və Filial koordinatoru tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması; Bank standartlarına uyğun məktubların hazırlanması, Filiala əlaqəli məktubların qəbulu və göndərilməsi; Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatının təmin edilməsi. Tələblər Təhsil səviyyəsi və istiqaməti:  İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili; İş təcrübəsi (il və/və ya sahə olaraq):  müvafiq sahə üzrə minimum 0-1 il; Dil bilikləri:  İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə); Kompüter bilikləri:  Microsoft Office (Excel, Word); Digər:  Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri; Başqa tələblər:  Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.