Yüklənir...
Местоположение: Bakı
PAŞA Sığorta ASC namizədləri Daxili nəzarət və dələduzluq araşdırmaları üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Şirkətdə daxili nəzarət mexanizmlərinin effektivliyinin artırılması və dələduzluq risklərinin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin qiymətləndirilməsi, araşdırmaların aparılması və struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi üzrə geniş səlahiyyət və məsuliyyətə malik olan bu vəzifə, biznes proseslərinin təhlili, nəzarət mexanizmlərinin dizaynı və tətbiqi, dələduzluq hallarının araşdırılması və şirkətin normativ uyğunluğunun təmin edilməsində mühüm rol oynayır. Öhdəliklər Biznes proseslərin təhlili, qiymətləndirilməsi və mövcud nəzarət mexanizmlərinin effektivliyinin təhlil edilməsi Nəzarət mexanizmlərinin dizayn edilməsi və tətbiqində iştirak Tətbiq edilmiş nəzarət mexanizmlərinin effektivliyinin monitorinqi Aşkar edilmiş nəzarət boşluqları və uyğunsuzluqlar üzrə tövsiyələrin hazırlanması Müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi Aşkarlama imkanlarını artırmaq üçün dələduzluq tendensiyaları və metodologiyaları ilə qaydaların, indikatorların, skorinq modellərin hazırlanmasında iştirak və mütəmadi optimallaşdırmaq Dələduzluq halları üzrə araşdırmaların aparılması Funksiyanın fəaliyyətinə uyğun siyasət və prosedur, təlimatların hazırlanmasında iştirak və optimallaşdırmaq Normativ sənədlərə, daxili qaydalara və prosedurlara əməl olunmasına nəzarət İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək "Root cause" analizlər aparmaqla sistemli problemlərin müəyyən edilməsi Bilik və Bacarıqlar Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində praktiki biliklər Araşdırma və analiz bacarıqları Məlumatların təhlili və nəticələrin vizual təqdimatı Normativ sənədlərlə işləmə və uyğunluğun təmin edilməsi bacarığı Müsahibə aparma bacarığı Analitik və məntiqi düşünmə Yüksək diqqətlilik və detallara həssaslıq Etik davranış və məxfilik prinsiplərinə riayət Problemlərin həlli və qərarvermə bacarığı Komandada işləmə və təşəbbüskarlıq Emosional stabillik və məsuliyyətlilik Yaxşı ünsiyyət qurmaq Dil bilikləri: Azərbaycan, İngilis Təhsil və Təcrübə Ali təhsil (bakalavr və ya magistr) – Audit, Maliyyə, Riyaziyyat, İqtisadiyyat, Hüquq ixtisasları üzrə Daxili nəzarət və dələduzluq araşdırmaları sahəsində minimum 2 il iş təcrübəsi CIA və/və ya CFE sertifikatlarının olması arzuolunandır Bizim Təklifimiz Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı Şəffaf və dəstəkləyici iş mühiti Davamlı öyrənmə və peşəkar inkişaf imkanları Şirkətin fəaliyyətində real təsir yaratmaq imkanı “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.