DevSecOps üzrə aparıcı mütəxəssis - PASHA Insurance

Местоположение: Bakı

“PAŞA Sığorta” ASC namizədləri DevSecOps üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri Proqram təminatı,  DevOps və Cloud arxitekturalarının  təhlükəsizlik baxımından dizaynı və dəyərləndirilməsi; Şirkət üzrə  DevSecOps strategiyasının formalaşdırılması və tətbiqi ; CI/CD pipeline-larda  təhlükəsizlik nəzarətlərinin (security gates)  dizaynı, avtomatlaşdırılması və optimallaşdırılması; SSDLC  çərçivəsində təhlükəsizlik tələblərinin erkən mərhələdə (shift-left security) inteqrasiyası; SAST, DAST, SCA, IaC və Container Security  alətlərinin seçilməsi, konfiqurasiyası və nəticələrinin risk-əsaslı təhlili; Kubernetes, Docker və Cloud mühitlərində  (AWS, Azure, GCP) təhlükəsizlik arxitekturasının qurulması və nəzarəti; DevOps infrastrukturu üzrə  təhlükəsizlik siyasətləri, standartlar və prosedurların  hazırlanması; Proqram təminatı və infrastruktur üzrə  kritik informasiya təhlükəsizliyi risklərinin aşkarlanması və aradan qaldırılmasına rəhbərlik etmək ; NIST, CIS Benchmarks, OWASP  və Şirkət daxili tələblərə uyğunluğun təmin edilməsi və monitorinqi; DevSecOps, DevOps və inkişaf komandalarına  texniki liderlik və mentorluq  göstərmək; Təhlükəsizlik insidentlərinin  CI/CD və runtime mərhələsində  aşkarlanması və qarşısının alınması mexanizmlərinin qurulması; Təhlükəsizlik üzrə  daxili təlimlərin və best practice sessiyalarının  təşkili. Təhsil və ixtisas. İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil. Sertifikatlar. Kibertəhlükəsizlik və Cloud üzrə sertifikatlar üstünlükdür  (CKS, CKAD, AWS Security Specialty, eWPT, eCPPTv2 və s.). Bilik və bacarıqlar. İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil; DevSecOps / AppSec / Cloud Security  sahəsində minimum  2.5–4 il iş təcrübəsi ; Azərbaycan dilini əla, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək; CI/CD platformaları  (GitLab CI, Jenkins, GitHub Actions, Azure DevOps) üzrə dərin biliklər; Cloud təhlükəsizliyi  üzrə güclü praktiki təcrübə (AWS, Azure və ya GCP); Kubernetes Security  (RBAC, Network Policy, Pod Security, Secrets Management) üzrə biliklər; Infrastructure as Code  (Terraform, CloudFormation) və IaC security scanning üzrə təcrübə; SAST, DAST, SCA, container image scanning  və policy-as-code yanaşması üzrə biliklər; Skript və avtomatlaşdırma  bacarığı (Python, Bash); Mikroservis və  cloud-native arxitektura dizayn prinsiplərini  dərindən anlamaq; Threat Modeling  və risk-əsaslı təhlükəsizlik qərarlarının verilməsi bacarığı; Güclü analitik düşünmə,  strateji yanaşma və qərarvermə  bacarığı; Yüksək məsuliyyət, liderlik və  çoxkomandalı mühitdə effektiv ünsiyyət  bacarığı. Dil bilikləri. Azərbaycan, İngilis və Rus dilləri Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.