Местоположение: Bakı
“Performance Center” şirkəti vakansiya elan edir: Servis operatoru Vəzifə öhdəlikləri: Servis mərkəzinə gələn müştəriləri qarşılamaq və onları müvafiq xidmət şöbəsinə yönəltmək; Servis mərkəzinə gələn müştərilərin avtomobillərinin buraxılış sənədlərinin yaradılması; Servis kartlarının bağlanması; Xidmətin yazılması. Tələblər: Ali texniki təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi; Yaş: 21-25; Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olması arzuolunandır; Kompüter və ofis texnikasından istifadə etmə bacarığı. İş şərtləri: İş qrafiki: Həftədə 6 gün, Əmək haqqı: 450-500 Azn İş yeri: Gəncə şəhəri, Kəpəz ray., Gəncə-Şəmkir yolunun sağ tərəfi Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “ Servis operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.