Местоположение: Bakı
İş yeri: B Baş Ofis (Bakı şəhəri) Şöbə: Təchizat Birbaşa Rəhbəri: Təchizat üzrə menecer Məşğulluq növü: Tam ştat Vəzifənin Xülasəsi: Təchizat üzrə mütəxəssis (Qeyri-qida) "Pizza Mizza"nın fəaliyyəti üçün tələb olunan qeyri-qida mallarının, avadanlıqların və xidmətlərin axtarışı, qiymət danışıqlarının aparılması və satın alınmasına cavabdehdir. Vəzifə öhdəlikləri: Qeyri-qida Məhsullarının Axtarışı və Satınalması Aşağıdakı qeyri-qida əməliyyat kateqoriyaları üzrə təchizatçıların tapılması, qiymətləndirilməsi və satınalmanın həyata keçirilməsi: Elektrik və İT Avadanlıqları: Kiçik elektronika, kabellər, məişət texnikası və işıqlandırma vasitələri. Sərfiyyat və Ofis Materialları: Dəftərxana malları, inzibati ləvazimatlar, çap məhsulları və təmizlik/gigiyena vasitələri. Xırda Əşyalar və Baş Ofisin Təmir Materalları: Mətbəxə aid olmayan təsərrüfat malları, ehtiyat hissələri və təmir materialları. Baş Ofis şöbələrindən və filial menecerlərindən gələn satınalma sorğularının (PR) emal edilməsi və rəsmi satınalma sifarişlərinə (PO) çevrilməsi. Təchizatçı və Podratçılarla İş Etibarlı yerli və xarici təchizatçıların araşdırılması, tapılması və əməkdaşlığa cəlb edilməsi. Qiymət, kredit şərtləri, zəmanət öhdəlikləri, çatdırılma müddətləri və həcm endirimləri ilə bağlı müqavilə danışıqlarının aparılması. Təchizatçıların fəaliyyət göstəricilərinin (keyfiyyət, çatdırılma vaxtı, şərtlərə əməl olunması) izlənilməsi, yaranan problemlərin və pretenziyaların operativ həlli. Filiallararası Logistika və Inventar Planlaması Sifariş həcmlərini və daşınma xərclərini optimallaşdırmaq üçün restoran filialının rəhbərləri ilə koordinasiyalı şəkildə gündəlik təchizat sifarişlərinin cəmlənməsi. Təchizatçılardan mərkəzi anbara və ya birbaşa müvafiq filiallara edilən çatdırılma logistikasına nəzarət olunması. Yenidən istifadə edilə bilən qeyri-qida aktivlərinin, xüsusi geyimlərin (forma), ehtiyat hissələrinin və ofis materiallarının uçotu sisteminin aparılması. Xərclərə Nəzarət və Büdcə Planlaması Xərclərə qənaət etmək üçün mövcud qiymətlərin bazar standartları ilə müntəzəm müqayisə olunması. Ödəniş üçün Maliyyə şöbəsinə təqdim edilməzdən əvvəl qaimə-fakturaların çatdırılma qəbzləri və satınalma sifarişləri (PO) ilə uyğunluğunun yoxlanılması. Tələblər: Biznesin idarə edilməsi, Təchizat Zəncirinin İdarə Edilməsi, Logistika, İqtisadiyyat və ya əlaqədar sahə üzrə Bakalavr dərəcəsi. Satınalma sahəsində 2 il praktiki iş təcrübəsi (HoReCa — Otel, Restoran, Kafe, pərakəndə satış şəbəkələri və ya çoxfiliallı strukturlarda təcrübə arzuolunandır). Azərbaycanın qeyri-qida təchizatçı bazarı (mebel təchizatçıları, elektronika distribütorları, dəftərxana və təsərrüfat avadanlıqları) haqqında yaxşı biliklər. Satınalma prosedurları, müqavilə şərtləri və təchizatçılarla danışıqlar aparma texnikası haqqında dərin anlayış. Dillər: Azərbaycan dili — səlis; Rus və ya İngilis dili bilikləri üstünlükdür. Əla danışıqlar aparmaq, ünsiyyət və qura bilmək qabiliyyəti. Dar vaxt çərçivəsində çoxsaylı filial sorğularını idarə etmək üçün yüksək təşkilatçılıq bacarığı. İş şəraiti və təminatlar İş yeri: "Pizza Mizza" Baş Ofisi (zaman-zaman restoran filiallarına və ya təchizatçı obyektlərinə başçekmələrlə). İş qrafiki: həftənin 5 günü, 09:00-18:00 "Pizza Mizza" restoranlarında korporativ işçi endirimləri. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Təchizat üzrə aparıcı mütəxəssis (Qeyri-qida) ” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.