Местоположение: Bakı şəhəri
Təsvir Hesab fakturaların toplanması, yoxlanılması və ödənişə hazırlanması; Müxabirləşmə əməliyyatlarının icra edilməsi; Subpodrat və bank hesabatının kreditor borcları və ödənişləri ilə qarşılaşdırılması və yaranan fərqlərin araşdırılaraq aradan qaldırılması; Kreditor hesablarının nəzarətdə saxlanılması və ödənişlərin vaxtında icrası; Əsas vəsaitlərin və mal-material qiymətlilərinin inventarizasiyasında iştirak etmək; Xaric olan pul vəsaiti axınının proqnozlaşdırılması; Həftəlik əsasda ödəniş cədvəlinin hazırlanması, ödənişlərin icra edilməsi, öhdəliklərin tanıdılması və bağlanması, avans əməliyyatlarının sistemə daxil edilməsi; Həftəlik əsasda avans hesabatının hazırlanması; Ay bağlanmasında iştirak etmək; Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək; Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında yaxından iştirak; Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi. Tələblər Ali təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və digər əlaqəli sahələrdə ali təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta; Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti; Peşəkar ünsiyyət bacarığı; Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.