Brend menecer - PRİME Accessories Mağazalar Şəbəkəsi

Местоположение: Bakı

BİZ SADƏCƏ SATIŞ ÜZRƏ BREND MENECER AXTARIŞINDA DEYİLİK... Biz brendi yalnız idarə edən deyil, onu hiss edən, inkişaf etdirən və bazarda fərqləndirən bir lider axtarırıq. Prime Accessories – yeniliklərə açıq, müştəri təcrübəsini və brend dəyərini ön planda tutan dinamik retail şirkətidir. Bizim üçün brend sadəcə məhsul deyil, müştərinin yaşadığı hissdir. Bu hissi formalaşdıracaq, brend strategiyasını gücləndirəcək və komandaya istiqamət verəcək dəyərli əməkdaş axtarırıq. Hansı işləri görəcəksiniz: Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq; Məsul olduğu bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək;  Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək; Brend strategiyasının hazırlanması və həyata keçirilməsi; Brendin bazarda mövqeyinin gücləndirilməsi üçün marketinq və kommunikasiya planlarının hazırlanması; Məhsul alışı zamanı malları vaxtında sifariş vermək; Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək; Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək; Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi; Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi; Yeni məhsulların və kolleksiyaların bazara təqdim olunması prosesində iştirak; Aylıq və rüblük hesabatların hazırlanması. Namizəddən tələblər: Ali təhsil (Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə); Marketinq və ya brend idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi; Retail və ya FMCG sektorunda təcrübə üstünlükdür; Brend strategiyası və kampaniya idarəetməsi üzrə biliklər; Analitik düşünmə və bazar analiz bacarığı; Kreativ düşüncə və güclü təqdimat bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel ); Rus və İngilis dili bilikləri; Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı. Filial səfərlərinə hazır olmaq; Biz sizə nələr təklif edirik: Əmək haqqı: müsahibə əsasında müəyyən olunur; 5 günlük iş qarfiki; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı. Bizim komandaya necə qoşula bilərsiniz: Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Brend menecer” başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərsiniz.   Müraciət maili  hr@prime-accessories.com