1C proqramçı (1C Developer) - Prime Cotton

Местоположение: Bakı şəhəri

Təsvir Proqram təminatının yerli qanunvericilik və biznes tələblərinə uyğunlaşdırılması və optimallaşdırılması; Müxtəlif biznes proseslərinin avtomatlaşdırılması (əməliyyatların uçotu, hesabatların hazırlanması, tutulmalar və s.); Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin təkmilləşdirilməsi; Mövcud proqram təminatında dəyişikliklərin edilməsi və istifadəçi tələblərinə uyğunlaşdırılması; İstifadəçilərə texniki dəstək göstərilməsi və istifadəyə dair təlimatların hazırlanması; Məlumat bazalarının idarə olunması, ehtiyat nüsxələrin və versiyaların izlənməsi; Qanunvericilikdə və daxili qaydalarda baş verən dəyişikliklərin proqram təminatına inteqrasiyası. Tələblər Təhsil və təcrübə: Ali texniki təhsil (İT, kompüter elmləri, tətbiqi riyaziyyat və s.); Minimum 2 il proqram təminatı üzrə iş təcrübəsi; Müvafiq platformalar və tətbiqlərlə işləmə üzrə praktiki bacarıqlar. Texniki biliklər və bacarıqlar: Proqramlaşdırma dillərində sərbəst işləmək bacarığı; Hesabatların və sənəd formalarının hazırlanması təcrübəsi; Sistemin lokallaşdırılması və qanunvericilik tələblərinə uyğunlaşdırılması üzrə biliklər; Sistem inteqrasiyası və məlumat mübadiləsi üzrə təcrübə; Analitik düşüncə və problemlərin operativ həlli bacarığı. Üstünlüklər: Beynəlxalq və ya vendor üzrə rəsmi sertifikatların mövcudluğu; Xarici dil bilikləri (rus və ya ingilis); Mühasibatlıq, İR və əməkhaqqı uçotu sahəsində biliklər; Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.