Yüklənir...
Местоположение: Yevlax
Təsvir Torpağın fiziki və kimyəvi xüsusiyyətlərini qiymətləndirmək, analiz üçün torpaq nümunələrini standartlara uyğun götürmək və kimyəvi analizlərin aparılmasını təmin etmək; Torpaqda mövcud qida elementlərinin və digər kimyəvi maddələrin dinamikasını izləmək, analiz nəticələrini təhlil etmək və sahələr üzrə tətbiq edilə bilən tövsiyələr hazırlamaq; Torpağın məhsuldarlığının qorunması və artırılması məqsədilə tədbirlər planı (gübrələmə, torpaq bərpası və s.) hazırlamaq və icrasına nəzarət etmək; Torpağın aqrokimyəvi müayinəsini planlamaq və təşkil etmək, nümunələrin götürülməsində iştirak etmək; Analizlərin vaxtında, dəqiq və keyfiyyətli aparılmasına nəzarət etmək; Torpaq analizləri üzrə müasir istehsalat/laboratoriya tələblərini izləmək, tətbiqini və standartlara uyğunluğunu təmin etmək; Bioloji, fiziki-kimyəvi və texnoloji analizlər üzrə metodiki rəhbərlik göstərmək; Laborator və sahə araşdırmalarında iştirak etmək, torpağın keyfiyyətinin və yüksək verimliliyin təmin olunması üçün elmi-metodiki sınaqları izləmək və tətbiqinə dəstək vermək. Peşəkar bilik və bacarıqlar: Torpaqşünaslıq, Aqrokimya, Aqronomluq və ya kənd təsərrüfatına aid digər uyğun ixtisaslar üzrə ali təhsil; Sahə üzrə minimum 3 il iş təcrübəsi (torpaq nümunələrinin götürülməsi, aqrokimyəvi analizlər, nəticələrin interpretasiyası); Torpaq nümunələrinin götürülməsi qaydalarını və aqrokimyəvi analiz metodlarını bilmək (pH, EC/duzluluq, humus, NPK və əsas mikroelementlər üzrə); Analiz nəticələrini təhlil etmək, praktiki tövsiyələr və tədbirlər planı (gübrələmə, torpaq bərpası və s.) hazırlamaq bacarığı; Laboratoriya prosedurlarına/standartlara və əməyin mühafizəsi qaydalarına əməl etmə bacarığı; MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə Excel – hesabat və analiz); Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; İngilis dili arzuolunan səviyyədə (texniki terminləri anlama və işgüzar yazışma/ünsiyyət). Şəxsi keyfiyyətlər: Analitik düşünmə və problem həll etmə bacarığı; Dəqiqlik, məsuliyyət və nəticəyönümlülük; Komandada işləmək və effektiv kommunikasiya bacarığı; Vaxtın düzgün idarə edilməsi, planlama və prioritetləşdirmə; Regionlara mütəmadi ezamiyyətlərə hazır olmaq və adaptasiya qabiliyyəti. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.