Məhsul üzrə Mütəxəssis - Prior Leasing

Местоположение: Bakı şəhəri

Зарплата: 1100-1200

Namizədə olan tələblər:  Ali təhsil; MS Office proqramlarında işləmək bacarığı; Azərbaycan dili səlis, rus və ya ingilis dillərini yaxşı səviyyədə bilməli; Sahə üzrə minimum 1 il təcrübə olmalı (Brend idarəetməsində çalışmış şəxslərə üstünlük veriləcək); Ezamiyyətlərə (ölkədaxili və ölkəxarici) hazır olmalı. Vəzifə öhdəlikləri:   Məhsul qiymətləri, satış taktikaları və satış strategiyalarının hazırlanması üçün təkliflər irəli sürmək;  Məhsullara olan təlabatı təyin etmək və sifarişlərin formalaşmasında iştirak etmək;  Müvafiq sənədləşmə və danışıqlar aparmaq; Texnikanın texniki təsnifat sənədlərini hazırlamaq;  Tender araşdırmalarında dəstək göstərmək, texniki göstəriciləri almaq; Tender üçün texnika və qiymət təkliflərinin verilməsində dəstək göstərmək; Məhsul üzrə satışın stimullaşdırılması üçün təlimlərdə təşkilatçılıq etmək; Texnikaların spesifikasiyalarının olduğu bukletlərin hazırlanması üçün mətnləri yığmaq;  Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək. İş şərtlərimiz: Əmək haqqı: 1100-1200 AZN; İş qrafiki : Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.  Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Məhsul üzrə Mütəxəssis”  yazaraq  Müraciət Et  düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri və ya  https://careers.ram.az/?vacancy=2221&source=UC_HBS8ZI  linki vasitəsilə müraciət etmələri xahiş olunur.    Müraciət maili  hr@prior.az