Yüklənir...
Местоположение: Bakı
Namizədə olan tələblər: Ali təhsil; Oracle PL/SQL üzrə professional 2-3 il iş təcrübəsi(Bank və maliyyə sahəsində təcrübə üstünlükdür); GNİ Software üzrə praktiki iş təcrübəsi mütləqdir(Kreditlər, Müştəri, Mühasibatlıq və s.); PL/SQL-də yaxşı səviyyədə bilik: Package, Procedure, Function, Trigger, Cursor, Dynamic SQL; Orta komplekslikdə SQL query optimizasiyası və index istifadəsi barədə bilik; Partitioning və performans tuning barədə əsas anlayışlar(dərin ekspertlik tələb olunmur); Oracle Forms/Reports bilikləri üstünlükdür; GNİ Software-in data modelini və interfeys cədvəllərini başa düşmək; ETL prosesləri və SOAP/REST əsaslı inteqrasiyalarla tanışlıq; Versiya idarəetmə sistemləri (Git, SVN) ilə işləmə bacarığı; Texniki İngilis dili biliyi(B1). Vəzifə öhdəlikləri: GNİ Software infrastrukturunda PL/SQL əsaslı funksionallıqların hazırlanması və mövcud funksiyaların təkmilləşdirilməsi; Oracle PL/SQL paketləri, prosedurlar, funksiyalar, triggerlər və view-ların hazırlanması; Mövcud GNİ modullarının iş prinsiplərinin öyrənilməsi və dəstək verilməsi; SQL query-lərin optimizasiyası və performansla bağlı əsas problemlərin həllinə dəstək Data exchange proseslərində (ETL, interfeys cədvəlləri, API hazırlıq hissəsi) iştirak; Daxili biznes proseslərin avtomatlaşdırılması ilə bağlı texniki həllərin hazırlanmasına dəstək; Oracle DB-də təhlükəsizlik və stabil işləmə tələblərinə uyğun kod yazılması; Kiçik və orta həcmli dəyişikliklər üçün texniki sənədləşdirmənin aparılması; Change request-lərin icrası və test mühitlərində yoxlanış; Mövcud problemlərin ilkin root-cause analizində iştirak; IT və Biznes komandaları ilə əməkdaşlıq, sprint görüşlərində iştirak. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Bakı, Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Middle PL/SQL developer ” yazaraq [email protected] ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=2316&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.