Yüklənir...
Местоположение: Bakı
İşin məzmunu: Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi; Şirkətin məhsul və xidmətlərinin müştərilərə təqdimatı; Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması; Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Müştərilər tərəfindən ödənişlərin müqavilə şərtlərinə uyğun və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi. Tələblər: Satış sahəsində minimum 3 il iş təcrübəsi (inşaat sahəsində təcrübə və müəyyən müştəri bazasının olması); Yüksək səviyyədə kommunikasiya və satış bacarıqları; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü iş üslubu; MS Office proqramları üzrə biliklər; Xarici dil biliyi üstünlükdür; Şəxsi avtomobil və sürücülük vəsiqəsi üstünlükdür. İş Şəraiti: İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə: 09:00-dan 13:00-dək); Əmək haqqı: 1000 AZN + (əlavə olaraq satışdan yüksək faiz); Əmək haqqı namizədin bilik bacarığına əsasən dəyişə bilər; İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9. Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Layihə satışı üzrə menecer” qeyd etməklə göndərə bilərlər. Müraciət maili hr@proconizo.az