Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Müxtəlif diametrli metal boruların qaynaq işlərini layihə və texniki tələblərə uyğun yerinə yetirmək; Boru xətlərinin (su, qaz, isitmə və digər sistemlər üzrə) montajı və qaynaq işlərində iştirak etmək; Qaynaq işlərindən əvvəl materialların hazırlanması, kəsilməsi və təmizlənməsi işlərini aparmaq; Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və standartlara uyğunluğunu təmin etmək; Qaynaq avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək; İş prosesində təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək; Texniki çertyoj və sxemlərə əsasən qaynaq işlərini yerinə yetirmək; Quraşdırılmış boru xətlərinin sızdırmazlığının yoxlanılmasında iştirak etmək; Zəruri hallarda təmir və bərpa qaynaq işlərini yerinə yetirmək; İş sahəsinin təmiz və səliqəli saxlanmasını təmin etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə olan tələblər: Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikat; Boru qaynaq işləri üzrə minimum 3-5 il iş təcrübəsi; Elektrik və qaz qaynaq üsullarını bilməli; Texniki çertyojları oxuma bacarığı; Qaynaq standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; Fiziki cəhətdən sağlam və işə davamlı olmalı; Komandada işləmə bacarığı; Diqqətli, məsuliyyətli və intizamlı olmalı. İş şəraiti: Əmək haqqı: 1000-1500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir); İş qrafiki 6 günlük, 09.00-18.00; Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını Qaynaqçı (Boru işləri üzrə) yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.