Местоположение: Bakı
Əsas vəzifə və öhdəliklər İdman zalının bar hissəsində müştərilərə yüksək xidmət standartlarına uyğun xidmət göstərmək; Protein kokteylləri, qəhvə, sərinləşdirici içkilər və menyuda təqdim olunan digər məhsulları hazırlamaq və təqdim etmək; Müştərilərə məhsullar haqqında məlumat vermək və onların ehtiyacına uyğun seçim etmələrinə kömək etmək; Bar məhsullarının (protein, vitamin, enerji içkiləri, qəlyanaltılar və s.) satışını həyata keçirmək; Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək; Məhsul ehtiyatına nəzarət etmək, azalan məhsullar barədə rəhbərliyə vaxtında məlumat vermək; Məhsulların son istifadə tarixlərini mütəmadi yoxlamaq və saxlama qaydalarına riayət etmək; Bar sahəsinin, avadanlıqların və istifadə olunan inventarın təmiz və səliqəli saxlanılmasını təmin etmək; Gündəlik satış hesabatlarını hazırlamaq və növbə təhvil-təslimi zamanı müvafiq məlumatları təqdim etmək; Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq, yaranan müraciətləri operativ şəkildə həll etmək; Təhlükəsizlik, sanitariya və gigiyena qaydalarına ciddi riayət etmək. Tələblər Qida, içki, kafe, bar və ya müştəri xidməti sahəsində iş təcrübəsi üstünlükdür; Kassa sistemi və POS terminalları ilə işləmək bacarığı üstünlükdür. İş şəraiti İş yeri: Atom İdman Zalı (Statistika filialı) İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Zəhmət olmasa, email-in mövzu hissəsində “İdman zalının bar işçisi (Bartender)” qeyd edin.