Resepşn (idman zalı) - Push30

Местоположение: Bakı

Əsas vəzifə və öhdəliklər İdman zalına gələn üzvləri və qonaqları gülərüzlə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək; Müştərilərə üzvlük paketləri, xidmətlər, kampaniyalar və qiymətlərlə bağlı ətraflı məlumat vermək; Yeni üzvlərin qeydiyyatını aparmaq, müqavilə və digər sənədləşmə prosesini icra etmək; Telefon zənglərini, WhatsApp və sosial media üzərindən daxil olan müraciətləri cavablandırmaq və müvafiq məlumat təqdim etmək; Mövcud üzvlərin müraciətlərini qəbul etmək və operativ şəkildə həllinə dəstək olmaq; Abunəlik müddətlərini izləmək, vaxtı bitmək üzrə olan üzvlərlə əlaqə saxlamaq və yenilənmə prosesini təşkil etmək; Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək; Müştəri bazasını və CRM sistemini aktual saxlamaq; Rəhbərlik tərəfindən tələb olunan gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq; Resepşn və gözləmə sahəsinin səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək; Klubun daxili qaydalarına, xidmət standartlarına və etik davranış prinsiplərinə riayət etmək. Tələblər Orta ixtisas və ya ali təhsil; Müştəri xidməti, resepsiyon, satış və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür; Azərbaycan dili – sərbəst; Rus bilikləri üstünlük hesab olunur; MS Office proqramları ilə işləmək bacarığı; CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür. İş şəraiti İş yeri: Atom İdman Zalı İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər) Maraqlanan namizədlər öz CV-lərini   Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Zəhmət olmasa, email-in mövzu hissəsində “ Resepşn (idman zalı) ” qeyd edin.