Местоположение: Bakı
Bol təcrübə və bilik qazanmaq istəyənlər üçün fürsət! Əsas öhdəliklər: CCTV, Access Control, LAN/Wi-Fi sistemlərinin müstəqil qurulması və konfiqurasiyası; Xarici və daxili şəbəkə çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət edilməsi; İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi; Kabellərin uclarının lehimlənməsi və qaynaq edilməsi; Fiber-optik kabellərin çəkilməsi,qaynaq olunması; Lokal şəbəkə kabellərinin kanal və suvaq altı çəkilişi, montajı, sonlandırılması; Strukturlaşdırılmış kabel sisteminin layihə üzrə icrası (Cat6, FO və s.) ; Switch və şəbəkə avadanlıqlarının ilkin konfiqurasiyası (VLAN, IP addressing və s.) ; Nasazlıqların diaqnostikası və aradan qaldırılması ; Layihə sənədlərinin (as-built, sxemlər) hazırlanması ; Strukturlaşdırılmış kabel sistemləri üzrə bilik (UTP, FTP, FO) ; Şəbəkə əsasları (TCP/IP, VLAN, DHCP) ; Yoxlamalar zamanı aşkar edilmiş nöqsanların yerində öyrənilməsi və onların aradan; qaldırılması məqsədi təmir işlərinin aparılması; Texniki sxemləri oxuma və hazırlama bacarığı. Tələblər: Zəif axın sahəsində min 2-4 il təcrübə Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməli; Şəbəkə, kabel, kamera nəzarət sistemləri barədə texnik biliklərə malik olmalıdır; Operativ və nəticə yönümlü olmalıdır; Ezamiyyət üçün açıq olmalıdır; Problem həll etmə və analitik düşüncə Dil bilikləri: Azərbaycan dili – səlis; Komanda ilə işləməyi bacarığı. İş rejimi: İş yeri – Bakı şəh., Ziya Bünyadov küç. İş günləri – həftənin 5 günü İş qrafiki – 09:00 – 18:00 Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Jooble.az vakansiyalar - Servis üzrə Mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. e-mail: career@qafqaz.net