Местоположение: Bakı
İşəgötürən: Quba Palace Hotel İş qrafiki: Tam ştat İş haqqında məlumat Otel əməkdaşlarının təlim ehtiyaclarını təhlil etmək və qiymətləndirmək; Yeni işə qəbul olunan işçilər üçün adaptasiya proqramlarını təşkil etmək və keçirmək, Mövcud təlim proqramlarının effektivliyini izləmək və təkmilləşdirmə Əməkdaşların iş bacarıqlarını artırmaq üçün fərdi və qrup təlimləri təşkil etmək; Müxtəlif sahələr üzrə təlim materialları və dərs vəsaitləri hazırlamaq; Təlim nəticələrinin şəxsi performansa və ümumi komanda məhsuldarlığına təsirini analiz etmək; İştirakçıların inkişafını izləmək və təlimin davamlı inkişafına dair hesabatlar hazırlamaq; Otel sektorunun təlim standartlarına uyğun olan yeni təlim metodlarını və alətlərini tətbiq etmək; İşçilərin ixtisaslaşmasını dəstəkləyən proqramların hazırlanmasına rəhbərlik etmək; Otel sektorunun trendləri və yenilikləri ilə tanış olmaq və onları təlim proqramlarına inteqrasiya etmək; İşçilərin inkişafına dəstək olmaq, onları yeni bacarıqlar öyrənməyə və inkişaf etməyə təşviq etmək; Təlimlər üçün lazımi resursların (məsələn, müvafiq təlim materialları, texniki avadanlıq, yer) təmin olunmasını təşkil etmək; Təlimlərin qeydiyyatını aparmaq, iştirakçıların siyahısını hazırlamaq və arxivləşdirmək. İşçinin təminatları: Yerləşmə və qidalanma ilə təmin olunur, Təlim və inkişaf proqramlarında iştirak imkanları. Mobil nömrə,telefon və kompüterlə təmin olunma, Tələblər Ali təhsil (İdarəetmə, İnsan Resursları və ya əlaqəli sahələr üzrə); Otelçilik və qonaqpərvərlik sahəsində təlim və inkişaf üzrə minimum 2 il iş təcrübəsi; Yüksək ünsiyyət və təqdimat bacarıqları; Müxtəlif təlim növləri (həyat bacarıqları, peşəkar bacarıqlar, liderlik) üzrə təlimlər təşkil etmək bacarığı; Kompüter bacarıqları: Microsoft Office proqramları, xüsusilə Excel və PowerPoint ilə işləmə təcrübəsi; Azərbaycan dili (yazılı və şifahi) mükəmməl səviyyədə olmalıdır; İngilis dili yaxşı səviyyədə. Maraqlanan və qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Təlim və inkişaf üzrə baş mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.