Yüklənir...
Местоположение: Bakı
Vəzifə haqqında: Brendin vizual identikasını formalaşdıran, kreativ konsepsiyalar hazırlayan və dizayn trendlərini diktə edən "Art" ruhlu dizayner axtarışındayıq. Sizdən gözləntilərimiz: Təcrübə: Brendinq və reklam dizaynı sahəsində minimum 4-5 il təcrübə; Brend İnkişafı: Brandbook və korporativ stilin sıfırdan yaradılması təcrübəsi; Proqram Təminatı: Adobe Creative Suite ( Photoshop, Illustrator, InDesign ) mükəmməl, Figma (UI/UX anlayışı) arzuolunandır; Pre-press: Çap və rəqəmsal daşıyıcılar üçün texniki hazırlıq bilikləri; Konseptual Düşüncə: "Out of the box" (çərçivədən kənar) həllər və kreativ kampaniyalar təklif etmək bacarığı. Biz nə təklif edirik? Yaradıcılıq Azadlığı: İdeyalarınızı reallaşdırmaq üçün tam sərbəstlik və lazımi texniki resurslar; İriməqsədli Layihələr: Ölkənin maraqlı və miqyaslı layihələrində iştirak imkanı; İnkişaf: Peşəkar komanda mühiti və karyera yüksəlişi; Rəqabətədavamlı Əməkhaqqı: Namizədin təcrübə və portfoliosuna uyğun yüksək maaş. Müraciət Qaydası: Göstərilən tələblərə uyğun namizədlər öz CV və Portfolio larını (link və ya PDF formatında) mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Vacib qeyd: Portfoliosuz müraciətlərə baxılmayacaq.