Müştəri xidmətləri üzrə mütəxəssis (Satışsonrası şöbəsi) - RAMMA

Местоположение: Bakı

Tələblər Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya texniki ixtisaslar üzrə üstünlükdür); Müştəri xidmətləri, satışsonrası xidmət və ya müştəri dəstəyinin idarə olunması sahəsində minimum 2-3 il iş təcrübəsi; CRM sistemləri, 1C , AlfaAvto və MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı; Servis prosesləri və texniki xidmət əməliyyatları haqqında ümumi bilik (avtomobil və ya texnika sahəsində təcrübə üstünlükdür); Yüksək ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarığı; Analitik düşüncə və operativ problem həll etmə bacarığı; Komanda ilə işləmək bacarığı və müştəriyönümlü yanaşma; Məsuliyyətli, dəqiq və nəticəyönümlü iş prinsipi. Vəzifə öhdəlikləri Müştəri müraciətlərini qəbul etmək, qeydiyyata almaq və CRM sistemində izləmək; Servis sifarişlərini sistemə daxil etmək və icra müddətlərinə nəzarət etmək; Texniki heyətin işini koordinasiya etmək, servis avtomobillərini GPS vasitəsilə izləmək; SLA göstəricilərinə, təmir proseslərinə və sənədləşməyə nəzarət etmək; Təkrar nasazlıq və şikayətləri analiz etmək, müştəri məmnuniyyətini izləmək; Akt, qaimə və hesab-fakturaların düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət etmək; Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq, KPI göstəricilərini izləmək və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək. İş şərtləri İş qrafiki: Həftədə 6 iş günü; İş yeri: Lökbatan dairəsi yaxınlığı; Karyera inkişafı imkanları; Əməkhaqqı: 1200–1500 AZN (namizədin bilik və təcrübəsinə əsasən dəyişə bilər). Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Müştəri xidmətləri üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2511&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.