Xərclərə nəzarətçi - Real İnşaat MMC

Местоположение: Bakı

Əsas öhdəliklər: Tikinti layihələrinin ilkin büdcəsinin hazırlanmasında və təhlilində iştirak etmək. Faktiki xərclərin planlaşdırılmış layihə büdcəsinə uyğunluğuna gündəlik nəzarət etmək. Material, avadanlıq, işçilik və podratçı xərclərinin kənarlaşmalarını (kənara çıxmalarını) aşkar etmək və təhlil etmək. Tikinti sahəsində resursların (tikinti materialları, mexanizmlər və s.) səmərəli istifadəsini monitorinq etmək. Qiymət təkliflərinin, smetaların və kommersiya şərtlərinin layihə büdcəsinə uyğunluğunu yoxlamaq. Həftəlik və aylıq xərc hesabatlarını (Cost Report), pul axını (Cash Flow) proqnozlarını hazırlamaq. Xərclərin optimallaşdırılması və risklərin azaldılması üzrə rəhbərliyə təkliflər vermək. Satınalma və mühasibatlıq şöbələri ilə sıx əməkdaşlıq edərək invoices (faktura) və ödənişlərin büdcəyə uyğunluğunu təsdiqləmək. Namizədə olan tələblər: Təhsil: Maliyyə, İqtisadiyyat, İnşaat mühəndisliyi və ya Tikintinin idarə olunması sahəsində ali təhsil. Təcrübə: Tikinti sahəsində xərclərə nəzarət (Cost Control), smeta və ya maliyyə təhlili üzrə minimum 5 il iş təcrübəsi. Proqram bilikləri: MS Excel (mürəkkəb düsturlar, Pivot Table və maliyyə modelləşdirməsi dərəcəsində) – Mütləqdir. 1C, MS Project və ya Primavera P6 bilikləri arzuolunandır. Biliklər: Tikinti prosesləri, tikinti materialları və smeta işinin əsaslarını bilmək. Bacıraqlıqlar: Yüksək analitik təfəkkür, rəqəmlərlə dəqiq işləmək bacarığı, detallara diqqət və məsuliyyətlilik. Ünvan - Ofis Ünvan Svetlana Məmmədova 203c Əlaqə  +994512059867 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .