Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Instagram, TikTok, Facebook, WhatsApp və digər rəqəmsal platformalar üzərindən daxil olan müraciətlərin operativ və peşəkar şəkildə cavablandırılması. Gün ərzində avtomobil sahibləri ilə müntəzəm əlaqənin saxlanılması, onların sorğu və müraciətlərinin koordinasiya edilməsi. Sürücü müraciətlərinin Uber və Yango platformalarında, həmçinin SMS Radar sistemində yoxlanılması və aidiyyəti üzrə avtomobil sahiblərinə yönləndirilməsi. TikTok platformasında şirkəti təmsil edərək canlı yayımların həyata keçirilməsi və potensial sürücülərə şirkət haqqında dolğun məlumatın təqdim edilməsi (canlı yayım zamanı namizədin siması görünəcək). Avtomobil sahiblərinin qarşılaşdığı məsələlərin operativ araşdırılması və həlli istiqamətində dəstəyin göstərilməsi. Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə daxil olan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə icra edilməsi. Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi. Tələblər: Yalnız xanım namizədlər. Yaş həddi: 23–33. Azərbaycan dilində səlis danışıq və yüksək nitq mədəniyyəti (rus dili biliyi üstünlük hesab olunur). Sosial media platformalarından aktiv və peşəkar istifadə bacarığı. Operativ qərarvermə və problem həll etmə bacarığı. Məsuliyyətli, intizamlı və işgüzar yanaşma. Güclü ünsiyyət və təqdimat bacarığı. Komandada işləmək bacarığı. Nəzakətli davranış və səliqəli xarici görünüş. Canlı yayımlarda sərbəst çıxış etmək və kamera qarşısında rahat ünsiyyət qurmaq bacarığı. İş şəraiti: İş qrafiki: Həftənin 6 günü. İş saatı: 14:00 – 23:30 (günorta növbəsi). Həftədə 1 gün istirahət. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır. Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı qarşılıqlı razılaşma ilə müəyyən edilir. Peşəkar və inkişaf yönümlü iş mühiti. Karyera yüksəlişi və uzunmüddətli əməkdaşlıq imkanı. Müraciət: Maraqlanan namizədlər CV-lərini təqdim edə və ya əlavə məlumat almaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər: (099) 334 09 09