Yüklənir...
Местоположение: Bakı
Tələblər Xanım namizədlər Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki bilik, avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi, beynəlxalq ticarətin əsasları bilməyi şərtdir); İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı; İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığı; MS Office proqram biliklərin olması; Bazarı təhlil etmək bacarığı; Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları; Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları. Vəzifə öhdəlikləri Təchizatçılar ilə əlaqələrin qurulması; Satınalma sənədlərinin hazırlanması; Satınalma müqavilələrinin hazırlanması; Logistikanın təşkil olunması və izlənməsi; Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi; Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılmasının təşkil olunması; Xarici bazar təkliflərinin müqayisəsi; Xarici və daxili ezamiyyətlərə getməyə hazır olmaq; Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq; Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək; Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq; Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək; Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq; Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq. Əlaqə +994503932330 Elşən bəy Rus dili ve Ingilis dili bilməyən namizədlər xahiş edirik cv göndərməsin