Местоположение: Bakı
Royalé Casino komandamıza yeni əməkdaşlar axtarırıq! Royalé Casino-da qonaqlarımıza yüksək səviyyəli xidmət göstərmək, oyun proseslərinin peşəkar, dəqiq və ədalətli şəkildə idarə olunmasını təmin etmək üçün məsuliyyətli və motivasiyalı Dealer (Krupye) xanım namizədləri komandamıza dəvət edirik. Əsas vəzifə öhdəlikləri: Şirkətin siyasətlərinə, daxili prosedurlarına və kazino qaydalarına uyğun olaraq masa oyunlarını idarə etmək; Oyunların ədalətli, dəqiq və peşəkar şəkildə keçirilməsini təmin etmək; Qonaqlara yüksək səviyyəli xidmət göstərmək və xoş oyun atmosferi yaratmaq; Zəruri hallarda oyun qaydalarını və prosedurlarını oyunçulara izah etmək; Oyun çipləri, kartlar, avadanlıqlar və ödənişlərin düzgün idarə olunmasını təmin etmək; Oyun prosesinə nəzarət etmək və hər hansı uyğunsuzluq, mübahisə və ya şübhəli halları rəhbərliyə bildirmək; Təhlükəsizlik prosedurlarına, məsuliyyətli oyun standartlarına və AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) tələblərinə riayət etmək; Tələb olunan təlimlərdə iştirak etmək və peşəkar bacarıqları inkişaf etdirmək. Namizədə tələblər: Bu vəzifə üçün əvvəlcədən iş təcrübəsi və ali təhsil tələb olunmur . 20-30 yaş arası xanım namizədlər; Azərbaycan dilində sərbəst, əlavə olaraq İngilis və ya Rus dillərindən birini mükəmməl səviyyədə bilmək; Öyrənməyə həvəsli, diqqətli və məsuliyyətli olmaq; Növbəli iş qrafiki ilə çalışmağa hazır olmaq; Komandada işləmək bacarığı və yüksək qonaq məmnuniyyəti yönümlülük. Təlim proqramı: Seçilmiş namizədlər işə başlamazdan əvvəl şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramında iştirak edəcəklər. Təlim müddəti ərzində namizədlərlə təlim müqaviləsi bağlanılır; Təlim dövründə iştirakçılara şirkət tərəfindən aylıq 850 AZN (net) ödəniş həyata keçirilir; Təlim proqramını uğurla başa vuran namizədlər aylıq 2 000 AZN (net) əmək haqqı + bonuslar ilə rəsmi əmək müqaviləsi əsasında iş fəaliyyətinə başlayacaqlar. Əlavə məlumat: İş yeri: Nardaran qəsəbəsi İş qrafiki: 6 günlük Yemək və nəqliyyat şirkət tərəfindən təmin olunur. Niyə Royalé Casino? Yüksək və rəqabətli əmək haqqı; Rəsmi əmək müqaviləsi və sosial təminatlar; Korporativ təlim və peşəkar inkişaf proqramları; Karyera yüksəlişi imkanları; Müasir və beynəlxalq standartlara uyğun iş mühiti; Peşəkar komanda ilə çalışma imkanı. Royalé Casino-da işləmək sadəcə bir iş deyil — bu, qlobal kazino və qonaqpərvərlik sənayesində peşəkar karyera qurmaq üçün unikal fürsətdir. Sizi komandamızda görməkdən məmnun olarıq! Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Dealer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Daha ətraflı məlumat üçün: https://royalesb.com/jobs