Yüklənir...
Местоположение: Bakı
İş yeri: Azərbaycan Dolum operatoru xammalın və məmulatların prosesə hazırlanmasını, mayenin tələb olunan miqdarda və temperaturda doldurulmasını təmin edir. O, avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsinə nəzarət edərək proses göstəricilərinin (temperatur, miqdar, zaman və s.) dəqiq monitorinqini həyata keçirir. Əsas vəzifə öhdəlikləri: Təsdiq edilmiş təhlükəsizlik qaydalarına və texniki prosedurlara uyğun olaraq doldurma avadanlıqlarını idarə etmək Doldurulacaq məmulatların texnoloji ardıcıllıqla yığılması və dolum prosesinə hazırlanmasını təmin etmək Dolum prosesinin fasiləsizliyini təmin etmək üçün xammalın təyin olunmuş miqdarda avadanlığa yüklənməsini yerinə yetirmək Doldurma prosesində temperatur, təzyiq və digər parametrləri daim nəzarətdə saxlamaq Doldurulmuş məhsulların texniki standartlara uyğunluğunun yoxlanılmasını həyata keçirmək İstehsalat zamanı hər hansı nasazlıq aşkar edildikdə prosesi dayandıraraq rəhbərinə məlumat vermək və problemin operativ həlli üçün texniki komanda ilə koordinasiyalı fəaliyyət göstərmək. Əməliyyatlarla bağlı dəqiq qeydlər aparmaq və texnoloji prosesdən kənarlaşma barədə dərhal rəhbərinə bildirmək Sənaye təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühit normalarına dair təlimatlara əməl etmək Avadanlıqların müntəzəm təmizliyini və texniki qulluğunu təmin etmək Şirkət tərəfindən təşkil olunan ixtisasartırma təlimlərində və təhlükəsizlik üzrə sertifikasiya proqramlarında aktiv iştirak etmək. Tələblər: Orta-ixtisas və ya texniki/peşə təhsili (mexanika, kimya və ya əlaqəli sahə üzrə) Sənaye və ya kimyəvi maddələrlə iş sahəsində minimum 6 ay təcrübə Avtomatlaşdırılmış və ya kompüterləşdirilmiş istehsal xətləri haqqında bilik Qoruyucu vasitələrlə işləmə bacarığı və təhlükəsizlik qaydalarına riayət Fiziki dözümlülük və uzun müddət aktiv işləməyə hazırlıq Təklif edirik: Nahar şirkət tərəfindən təmin olunur Sığorta təminatı Servis/daşınma xidməti Maraqlanan namizədlər CV-lərini “Dolum Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.