Qazanxana operatoru - SAMT

Местоположение: Bakı

Əsas vəzifə öhdəlikləri: Yüksək təzyiqli buxar qazanlarının təhlükəsiz və fasiləsiz istismarını təmin etmək; Qazanların işə salınması, dayandırılması və iş rejiminin tənzimlənməsini həyata keçirmək; Su səviyyəsi, buxar təzyiqi və temperatur göstəricilərinə nəzarət etmək; Buxar istehlakı qrafikinə uyğun olaraq qazanların yükünü tənzimləmək; Növbə jurnalını aparmaq və texniki qeydləri vaxtında daxil etmək; Qaz sərfiyyatına və sayğac göstəricilərinə gündəlik nəzarət etmək; Qazanların, köməkçi mexanizmlərin və nəzarət-ölçü cihazlarının profilaktik baxışını keçirmək; Planlı təmir və texniki xidmət işlərində iştirak etmək; Qəza hallarında avadanlıqların təhlükəsiz dayandırılmasını təmin etmək və müvafiq tədbirlər görmək; İstehsalat sahəsində təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək. Tələblər: Qazanxana avadanlıqlarının iş prinsipləri üzrə biliklər; Nəzarət-ölçü cihazları və istilik texnikası sahəsində əsas biliklər; Nasoslar, elektrik mühərrikləri və su təmizləmə sistemləri üzrə anlayış; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək; İstehsalat müəssisələrində analoji vəzifədə iş təcrübəsi üstünlükdür. Şirkət tərəfindən verilən imtiyazlar: Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.