Местоположение: Bakı
WEICON — sənaye yapışdırıcıları, sızdırmazlıq materialları və texniki kimya sahəsində beynəlxalq Alman brendidir. Santral Elektrik QSC olaraq WEICON məhsullarının Azərbaycanda inkişafı və bazarda mövqeyinin gücləndirilməsi üçün Brend Meneceri axtarırıq. İş yeri : Bakı şəhəri, Dərnəgül, Ziya Bünyadov pr 2071 Əsas vəzifələr Müştərilərlə (zavodlar, istehsalat müəssisələri və s.) görüşlərin keçirilməsi Mühəndislərlə texniki təqdimatların aparılması WEICON məhsullarının üstünlüklərinin izahı və tətbiq sahələrinin göstərilməsi Yeni müştərilərin cəlb edilməsi və bazarın genişləndirilməsi Mövcud müştəri bazası ilə işləmək və əlaqələri inkişaf etdirmək Satış planlarının icrası və nəticələrin izlənməsi WEICON brendinin bazarda mövqeyinin gücləndirilməsi üzrə fəaliyyətlər Rəqib məhsulların və bazar trendlərinin analiz edilməsi Tələblər Təhsil: Ali təhsil İş təcrübəsi: Tələb olunan sahədə 1-3 il Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır Kompyuter bilikləri: MS Office, 1C proqramında iş təcrübəsi Əlavə: Satış və ya texniki satış təcrübəsi üstünlükdür Təlim və inkişaf Seçilmiş namizəd üçün WEICON üzrə Türkiyədə 2 həftəlik rəsmi təlim proqramı. Beynəlxalq standartlara uyğun texniki biliklərin artırılması. Karyera inkişafı və peşəkar yüksəliş imkanı. Təklif edirik Əmək haqqı: Rəqabətli əməkhaqqı + satış bonusları. Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. İş qrafiki: 5 günlük rəsmi iş qrafiki Beynəlxalq brendlə işləmək imkanı (WEICON). Dinamik və inkişaf yönümlü mühit. C V-lərinizi “Brend Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.