Местоположение: Bakı
“Nardaran İnvest” MMC API-ləri ilə işləmək üzrə Proqramçı (GIS / Map Developer) vakansiyasını elan edir Şirkətimiz texnologiya və mühəndislik layihələri üzrə fəaliyyət göstərir. Komandamıza xəritə əsaslı sistemlərin hazırlanması və inkişafı üzrə təcrübəli GIS / Map Developer axtarılır. Vəzifə öhdəlikləri: Xəritə əsaslı tətbiqlərin hazırlanması və inkişaf etdirilməsi; Xəritə API-ləri ( Google Maps, Mapbox, OpenStreetMap və s. ) ilə inteqrasiyanın həyata keçirilməsi; Coğrafi məlumatların ( GIS data ) emalı və vizuallaşdırılması; Xəritə üzərində obyektlərin, marşrutların və məlumat qatlarının yaradılması və idarə edilməsi; Backend və frontend komandası ilə inteqrasiya işlərinin aparılması; Mövcud xəritə sistemlərinin optimizasiyası və texniki dəstəyin göstərilməsi. Namizədə dair tələblər: Kompüter elmləri, proqramlaşdırma və ya müvafiq ixtisas üzrə ali təhsil; JavaScript və ya digər proqramlaşdırma dillərində iş təcrübəsi; Xəritə API-ləri və GIS sistemləri ilə işləmə təcrübəsi; REST API ilə işləmə bacarığı; Məkan məlumatlarının (geospatial data) işlənməsi üzrə biliklər; Komandada işləmək bacarığı və məsuliyyətlilik. Üstünlük veriləcək: Leaflet, Mapbox GL JS, Google Maps və ya digər xəritə kitabxanaları ilə iş təcrübəsi; PostGIS və ya digər geospatial verilənlər bazaları ilə işləmə bacarığı; Web GIS layihələrində iştirak təcrübəsi. Təminatlar: Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək; İş qrafiki: 5/2, 09:00–18:00; İş yerinə Koroğlu metrostansiyasından servis xidməti; Nahar ilə təmin olunma; Könüllü tibbi sığorta. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili x.gambarova@seabreeze.az