Qida təhlükəsizliyi üzrə inspektor - Seaport Catering

Местоположение: Bakı

“Seaport Catering” MMC  “Qida təhlükəsizliyi üzrə inspektor” vəzifəsi üzrə vakansiya elan edir. Namizədə tələblər Ali təhsil: Standartlaşdırma və sertifikasiya, Qida texnologiyası, Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar ; Qida sektorunda iş təcrübəsi mütləqdir; Müvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi ; Qida məhsullarının keyfiyyət göstəriciləri və istehsal prosesləri haqqında praktiki bilik; Keyfiyyətə nəzarət və sənədləşdirmə sahəsində təcrübə; Analitik düşüncə və problemlərin səbəbini müəyyənləşdirmək bacarığı; Hesabatların hazırlanması və sənədlərlə işləmə bacarığı; Komandada işləmək bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq; Bilməlidir: ISO 22000 – Qida təhlükəsizliyi idarəetmə sistemi; ISO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi; ISO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi; Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu; Vəzifə öhdəlikləri: Keyfiyyətə Nəzarət Planının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək; İstehsalın bütün mərhələlərində məhsulun keyfiyyət göstəricilərinə nəzarət etmək; Lahiyəyə daxil olan xammal, yarımfabrikat və digər məhsulların müəyyən edilmiş keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğunu yoxlamaq; Məhsulların qablaşdırılması və anbarlarda düzgün saxlanmasına nəzarət etmək; İstehsal prosesində yaranan uyğunsuzluqları və keyfiyyət problemlərini müəyyən etmək; Uyğunsuzluqların səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər hazırlamaq; Keyfiyyətsiz məhsulların istehsalının və istehlakçıya təqdim edilməsinin qarşısının alınması üzrə tədbirlər görmək; Məhsul və xidmət keyfiyyətinin yüksəldilməsi üzrə təkliflər hazırlamaq; Qida təhlükəsizliyi üzrə yoxlamalar aparmaq və müvafiq hesabatları hazırlamaq; ISO prosedurları və müvafiq təlimatların hazırlanmasında iştirak etmək; Müəssisədaxili auditlərin keçirilməsində iştirak etmək; Sanitar-gigiyenik vəziyyətin və istehsalat sahələrinin yoxlanılmasında iştirak etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək; İstehsalatda baş verə biləcək zədələnmə və risklərin səbəblərinin təhlilində iştirak etmək; Ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə tədbirlərdə iştirak etmək; İşçilərə müvafiq təhlükəsizlik və sanitar-gigiyena tələbləri üzrə təlimatların keçirilməsində iştirak etmək. İşəgötürənin təklif etdiyi imkanlar Rəsmi əmək münasibətləri; Stabil iş şəraiti; Peşəkar inkişaf imkanı; Qida sənayesi üzrə müxtəlif istehsal proseslərində təcrübə; Əmək haqqının namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyənləşdirilməsi. CV-nizi “Qida təhlükəsizliyi üzrə inspektor”  qeyd edib Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.