Yüklənir...
Местоположение: Bakı
Şəki Şərab Zavodu komandasına Mikrobioloq vəzifəsi üzrə peşəkar əməkdaş dəvət edir. İş yeri: Şəki şəhəri, Şəki Şərab Zavodu Vəzifə öhdəlikləri: Xammal, yarımfabrikat və hazır məhsulların mikrobioloji analizlərinin aparılması; İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına nəzarət; Laboratoriya analizlərinin nəticələrinin sənədləşdirilməsi və hesabatların hazırlanması; Laboratoriya avadanlıqlarından düzgün istifadə və onların saz vəziyyətdə saxlanılması; Qida təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə uyğun fəaliyyət göstərilməsi. Namizədə tələblər: Mikrobiologiya, biologiya, biotexnologiya, qida mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; Laboratoriya avadanlıqları ilə işləmək bacarığı; Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Tam iş günü; Əmək haqqı: razılaşma əsasında. Maraqlanan namizədlərdən CV-lərini "Mikrobioloq" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.