Местоположение: Bakı
Зарплата: 500-800
Görəcəyiniz işlər: Problemli kredit portfellərinə nəzarət etmək; Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq; Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək; Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək; Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək; Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək. Bu vəzifə üzrə ideal namizəd: Aidiyyati sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır; Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır; Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti; Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı. Biz təklif edirik: Müasir ofis; Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq; Müasir idarəetmə sistemi və mehriban kollektiv; Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra); “Team building” tədbirlərinin keçirilməsi. Şərtlər: İş vaxtı: Keçici cədvələ uyğun olaraq. qarışıq iş rejimi 10:00-dan 19:00-dək. Nahar vaxtı 1 saat; Əmək haqqı: 500 azn (net) + 800 Azn KPI bonus; Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.