Местоположение: Bakı
Shine.az komandasına kosmetika sahəsində təcrübəli satış təmsilçisi axtarılır. Vəzifə öhdəlikləri: Kosmetika satış nöqtələrinin gündəlik marşrut cədvəlinə uyğun ziyarət edilməsi; Mövcud müştərilərdən sifarişlərin alınması, yeni satış nöqtələrinin axtarışı və əməkdaşlığa cəlb edilməsi; Satış planının icrası; Rəflərdə mal qalığına və məhsulların planoqramlara uyğun sərgilənməsinə nəzarət; Debitor borcların yığılmasına nəzarət; Yeni potensial müştərilərlə danışıqların aparılması və ticarət şərtlərinin razılaşdırılması; Sell-in və sell-out göstəricilərinin izlənməsi; Bazarın və rəqiblərin davamlı monitorinqi. Tələblər: Məhz kosmetika məhsullarının satışı üzrə satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi (mütləq şərt); Kosmetika brendləri və məhsul çeşidləri üzrə bilik; Danışıqlar aparma bacarığı və nəticəyə yönəlmə; Azərbaycan dilini sərbəst bilmək; Rus dili biliyi üstünlükdür (mütləq şərt deyil); MS Office proqramlarında işləmək bacarığı. Qeyd: Yalnız kosmetika sahəsində təcrübəsi olan namizədlər nəzərə alınacaq. Digər sahələr (avtomobil, ehtiyat hissələri, qida və s.) üzrə təcrübə bu vakansiya üçün uyğun deyil. Təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı (Fix + KPI + Bonus); Karyera inkişafı imkanı; İnkişaf edən və perspektivli şirkətdə çalışmaq imkanı; Gənc və peşəkar komanda. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-poçtun mövzu (Subject) sətrində mütləq Sahə Satış təmsilçisi (kosmetika üzrə) qeyd edin.