Logistika üzrə administrator - Sinteks Group of Companies

Местоположение: Bakı

Sinteks Şirkətlər Qrupu  “ Logistika üzrə administrator ”  axtarır! Namizədlərin nəzərinə:  Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu:  Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir. Vəzifə öhdəlikləri:   Sifariş olunan məhsullar üzrə daşınma instruksiyalarını təchizatçılara və logistika şirkətlərinə təqdim edir.  Məhsulların çatdırılmasını təşkil edir 1C programında məhsullara aid məlumatları və xərcləri qeyd edir. Məhsulların Bakida gömrük prosedurun keçirilməsi üçün bəyannaməçilərə tələb olunan sənədləri göndərir.  Məsuliyyət sahəsi: Yük Daşınmaları 1C Məlumat Bazası Professional Biliklər: İncoterm standartları İngilis dili bilikləri MS Office və 1C programları Təhsil: Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür) Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma İş Təcrübəsi: Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə Pərakəndə satış sahəsində təcrübə üstünlükdür Professional Bacarıq və Kompetensiyalar: İşgüzar ünsiyyət bacarıqları Müzakirə bacarıqları Analitik düşüncə Təfərrüatlar və nəticə yönümlü Zamanın idarə olunması Problem həll etmə bacarıqları  Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində   Logistika üzrə administrator”   qeyd edərək  Müraciət et   düyməsində qeyd olunan   elektron poçt ünvanına göndərə bilərlər. e-mail:  recruitment@sinteks.com