Yüklənir...
Местоположение: Bakı
İş Yeri: Sinteks LLC Lokasiya: Bakı, Azərbaycan Vəzifənin təsviri Bu vəzifənin rolu sifariş edilmiş məhsullar haqqında məlumatları sistemə və məlumat bazasına daxil etməkdir. Vəzifənin əsas məqsədi sifariş, idxal, qiymət əmsalı (MarkUp), məzənnə və satış qiyməti ilə bağlı məlumatların düzgün, vaxtında və sistemli şəkildə qeydiyyatını təmin etməkdir. Öhdəlikləri: Sifariş və məhsul məlumatlarının daxil edilməsi Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir. Məlumatların tam və düzgün daxil edilməsini təmin edir. Daxil edilən məlumatlarda uyğunsuzluq aşkar etdikdə rəhbərinə məlumat verir. İdxal məlumatları və logistika bildirişləri İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və logistika şöbəsini məlumatlandırır. İdxal məlumatlarının vaxtında sistemə işlənməsini və aidiyyəti tərəflərə ötürülməsini təmin edir. Qiymət əmsalı və satış qiymətinin formalaşdırılması Təsdiqlənmiş qiymət əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir. Təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətinin formalaşdırılmasını həyata keçirir. Qiymət dəyişiklikləri ilə bağlı məlumatların sistemdə yenilənməsini təmin edir. Məlumat bazasının yenilənməsi Məlumat bazasında məlumatları yeniləyir. Sifariş, qiymət və məhsul məlumatlarının sistemli saxlanılmasına dəstək göstərir. Məlumatların düzgünlüyünün yoxlanılması üçün tələb olunan cədvəlləri və qeydləri yeniləyir. Məsuliyyət sahəsi: Sifarişlər, çatdırılma sənədləri və məhsul məlumatlarının sistemə daxil edilməsi Qiymət əmsalı (MarkUp) və valyuta məzənnəsi üzrə məlumatların işlənməsi Satış qiymətlərinin formalaşdırılması üçün məlumat dəstəyi Məlumat bazasının yenilənməsi və məlumatların düzgünlüyünün qorunması Tələblər Professional biliklər: MS Office, xüsusilə Excel proqramı, cədvəllər, hesabatlar və məlumatların daxil edilməsi ilə işləmək bacarığı. Məlumatların sistemə və ya məlumat bazasına daxil edilməsi, cədvəllərlə işləmə və məlumatların düzgünlüyünün yoxlanılması üzrə praktiki biliklər. (Bu tələb CV-də məlumatların daxil edilməsi, sifariş, məhsul, qiymət, MarkUp, məzənnə, satış qiyməti, hesabat və ya məlumat bazası ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) İngilis dili biliyi: A1 və yda daha yükəsk səviyyə arzuolunandır 1C və ya oxşar məlumat bazası sistemlərində işləmə bacarığı Təhsil: İqtisadiyyat, maliyyə, mühasibatlıq, biznesin idarə edilməsi, satış əlaqələri, məlumatların idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil. İş təcrübəsi: Məlumatların daxil edilməsi, operator, inzibati dəstək, satış dəstəyi, sifariş, məhsul, qiymət məlumatları, hesabat və/və ya ofis sənədləri ilə iş üzrə ən azı 1 il iş təcrübəsi. Operator, məlumatların daxil edilməsi, məlumat bazası, sifarişlərin qeydiyyatı və ya inzibati sənədləşmə üzrə iş təcrübəsi. Məhsul, sifariş, qiymət, MarkUp, məzənnə, satış qiyməti və ya məhsul məlumat bazası ilə iş təcrübəsi. Professional bacarıq və kompetensiyalar: Detallara diqqət və nəticə yönümlülük Analitik düşüncə Komanda ilə işləmə bacarığı Məlumatlarla dəqiq və sistemli işləmə bacarığı Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.