Местоположение: Bakı
Зарплата: 600
Sinteks Şirkətlər Qrupu “Təftiş üzrə Kiçik Mütəxəssis” axtarır! Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Bu vəzifənin rolu ofis, anbar və mağazalarda təftiş zamanı əmtəə məhsullarının və inventarların sayımını həyata keçirməkdir Vəzifə öhdəlikləri: Xüsusi texniki vasitələrlə əmtəə məhsullarının və inventarların sayımının həyata keçirir Əmtəə məhsullarını və inventarları qüsur, çeşid səhvi və digər nöqsanlara görə yoxlayır və aşkar etdiyi nöqsanlar barədə mütəxəssisi məlumatlandırır Təftiş zamanı aşkarlanan etiketsiz əmtəə məhsullarının və inventarların etiketlərini bərpa edir Məsuliyyət sahəsi: Əmtəə məhsullarının və inventarların sayımı Professional biliklər: Təftiş avadanlıqları ilə işləmə qaydalarını Təhsil: Maliyyə/Audit və ya digər müvafiq sahədə orta ixtisas və ya Ali təhsil İş təcrübəsi: Pərakəndə satış sahəsində azı 1 il iş təcrübəsi arzuolunandır (Xəzinədar, anbardar vəzifələrində) Təftiş sahəsində iş təcrübəsinin olması üstünlükdür Professional Bacarıq və Kompetensiyalar Məsuliyyət Detal və nəticə yönümlü Əmək haqqı : 600 azn Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təftiş üzrə Kiçik Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.