Satış üzrə Konsultant - S&Ko Student

Местоположение: Bakı

"SKO Student" xaricdə təhsil şirkəti yeni açılacaq dil mərkəzi üçün satış komandası qurur. Bizə enerjili, ünsiyyətcil və satış sahəsində özünü inkişaf etdirmək istəyən komanda yoldaşları lazımdır. İş şəraiti Ünvan: Bakı (Caspian Plaza) Maaş: Sabit maaş + Satışdan bonuslar (Yüksək qazanc imkanı) Öhdəliklər: Sosial şəbəkələrdən gələn müraciətləri (lead) operativ cavablandırmaq; Müştəriləri ofisə dəvət etmək və təhsil proqramları (IELTS, SAT, General English və s.) haqqında məlumat vermək; Müştəri bazasını nizamlı şəkildə idarə etmək; Satış hədəflərini vaxtında yerinə yetirmək. ​​​​​​​Tələblər: Satış və ya müştəri xidmətləri sahəsində minimum 1-2 il təcrübə; Azərbaycan dilində səlis və inandırıcı danışıq qabiliyyəti (Rus dili üstünlükdür); Yüksək ünsiyyət qurma bacarığı; Nəticəyönümlü yanaşma. ​​​​​​​​​​​​​​Biz nə təklif edirik? Prestijli iş mühiti; Yeni açılan akademiyanın ilk komanda üzvü olmaq imkanı; Sabit maaşdan əlavə, hər satışdan artan bonus sistemi; Peşəkar təlimlər. CV-nizi "Satış Konsultantı Academy" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.