Mexanik/elektrik - Skyline Technics MMC

Местоположение: Bakı

Vəzifə funksiyası:  Kənd təsərrüfatı təyinatlı texnikalarda (traktor, kombayn, aqreqat) diaqnostika, servis təmiri və texniki xidmət işlərini həyata keçirir Vəzifə öhdəlikləri: Kənd təsərrüfatı texnikalarının təmiri işlərinin yerinə yetirmə bacarığı. Kənd təsərrüfatı texnikalarının texniki xidmət işlərinin yerinə yetirilməsi üçün Azərbaycan bölgələrinə ezamiyyətə göndərilməsi. Tapşırıqlarla bağlı bütün hesabat və inzibati sənədləri tamamlayır (iş kartları , iş saatı cədvəlləri və s.). İş yerinin təmizliyini qoruyur, emalatxananın ümumi təşkilinə kömək edir və alətlərin, nəqliyyat vasitələrinin düzgün istifadəsini təmin edir. İşləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına və tələblərinə əməl edir. Bacarıq və biliklərin inkişafı üçün tələb olunan Servis Təlim və Sertifikasiya proqramlarında iştirak edir. Zərurət olduqda sahədə diaqnostika və təmir işlərini yerinə yetirir. Yeni və ya işlənmiş texnikanın təhvil öncəsi hazırlığını (pre-delivery) həyata keçirir. Zəruri hallarda Servis mütəxəssislərinə dəstək verir. Bacarıqlar və tələblər: Servis təmiri sahəsində minimum 5 il iş təcrübəsi. Təsdiq olunmuş texniki prosedurlara uyğun olaraq xüsusi alət və avadanlıqlardan istifadə etməklə təmir və texniki xidmət işlərini yerinə yetirmək bacarığı. Kənd təsərrüfatı texnikasının təmiri üçün mexaniki, elektrik və hidravlik sistemlər üzrə yaxşı biliklər. Standart kompüter proqramlarından, internet funksiyalarından istifadə bacarığı. Diaqnostika məqsədilə istifadə olunan texnika və nəqliyyat vasitələrini idarə etmək bacarığı. Yaxşı müştəri münasibətləri qurmaq bacarığı. Rəqib məhsullarla tanışlıq. Komanda şəraitində işləmək bacarığı. Sürücülük vəsiqəsi ( B kateqoriyası, C kateqoriyası arzuolunandır ) Uzadılmış iş saatları və həftə sonları işləmək bacarığı. Əlavə olaraq Rus dili yaxşı səviyyədə, ingilis dili arzuolunandır Ali və ya orta ixtisas təhsili (Elektrik, Elektroenergetika sahəsində);  Yaş həddi: 25-45 Əlavə biliklərin əldə edilməsi üçün xarici ölkələrə ezamiyyətə göndərilməsi İş qrafiki: 6 iş günü Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sənədləşmə Əmək haqqı: Müsahibə əsasında razılaşdırılma yolu ilə Maraqlanan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. e-mail:  tarana.rahimli@skylinemachinery.az