Местоположение: Bakı
Vəzifə Öhdəlikləri: Şirkət işçilərinin təhlükəsiz və vaxtında təyinat məntəqəsinə çatdırılması. Avtomobilin texniki baxışdan keçirilməsi və daim saz vəziyyətdə saxlanılması. Gündəlik marşrutların planlaşdırılması və yol hərəkəti qaydalarına riayət edilməsi. Səfərdən əvvəl və sonra avtomobilin vəziyyətinin yoxlanılması. Şirkət daxilində və ya xaricində olan tədbirlərdə iştirak üçün nəqliyyat təminatı. Avtomobilin təmizliyinə və səliqəsinə daimi nəzarət. Yanacaq xərclərinin və məsafə hesabatlarının düzgün aparılması. Namizədə dair tələblər: Yaş 30-45 arası; Minimum orta təhsil; Sürücülük vəsiqəsi (B kateqoriyası) və ən azı 5 il sürücülük təcrübəsi; Bakı şəhəri və ətraf yolları yaxşı tanımaq; Səliqəli xarici görünüş və etik davranış qaydalarına riayət; Təhlükəsiz və məsuliyyətli sürücülük vərdişləri; Nizam-intizamlı, punktual və etibarlı olmaq. Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.