Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şöbə müdirinin göstərişi ilə yeni layihə tapşırığı ilə əlaqədar zəruri hallarda yerlərdə ilkin məlumatları dəqiqləşdirmək; Yeni layihə tapşırığı haqqında məlumatı Outlook (e-mail) vasitəsi ilə İnşaat şöbə müdirinə bildiriş göndərmək; Sifarişçilərlə danışıqlar aparır və onların tələblərini nəzərə almaq; Layihələrin 2D və 3D formatda eskizlərin hazırlanmasını icra etmək; Layihələrin 2D və 3D formatda eskizlərin sifarişçi tərəfindən təsdiq edilməsini təmin etmək; (Eskiz ilkin tələb və şərtlərə uyğunluğu parametrlərinə görə Bölmə müdiri ilə razılaşdırılıdıqdan sonra Kommersiya Direktoru ilə razılaşdırılır); Təsdiqlənmiş eskizlər üzrə fotoalbomların çap olunması və arxivləşdirilməsini təmin etmək; İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları təqdim etmək; Çertyojların hazırlanması və yekunlaşdırılması ilə əlaqədar avadanlıq və ehtiyatları toplamaq; Seçilmiş çertyoj növünü layihə ilə əlaqələndirmək; Çertyojların yeri, ölçüsü, təfərrüatı və başlığı ilə əlaqədar seçimləri layihə ilə əlaqələndirmək; İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları hazırlamaq; Layihələndirmə ilə əlaqədar sənədləri hazırlamaq; Konstruksiyanın daşıyıcı və qeyri-daşıyıcı elementləri, xidmət üzrə məlumatları ehtiva edən plan və texniki tələblərlə birlikdə layihələndirmə üzrə çertyojları yekunlaşdırmaq; Layihəni müştəriyə təqdim etmək, onun təklif etdiyi əlavə və düzəlişləri nəzərə almaq; Məişət avadanlıqlarını, bədii əsərlər və aksesuarları seçir və layihələndirmək; Daxili şəraitin planlaşdırılmasına təsir edən büdcə, memarlıq sahəsində üstünlüklər, eləcə də təyinat və vəzifələr kimi amilləri müəyyən etmək üçün müştərilərlə məsləhətləşmək; Layihə ilə bağlı ideyaları montaj və çertyojlar formasında təqdim etmək; Materiallar üzrə tələbləri, xərcləri qiymətləndirmək və layihəni təsdiq etmək üçün müştəriyə təqdim etmək; İş qrafiki və qeydlər: 6 günlük iş qrafiki İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək) Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq Tələblər: Təhsil: Ali İş stajı: Memar kimi azı 3 il təcrübə Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “ Memar ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.