Местоположение: Bakı
Amper MMC komandamıza Elektrik Mühəndisi axtarır! Vəzifə öhdəlikləri: Elektrik panolarının layihələrinin hazırlanması və oxunması; Sxemlərin təhlili və istehsala uyğunlaşdırılması; Pano istehsalı prosesinə texniki nəzarətin həyata keçirilməsi; Material və avadanlıqların seçilməsi; Maya dəyərinin hesablanmasında iştirak; İstehsal zamanı yaranan texniki problemlərin operativ həlli; Zərurət olduqda obyektlərdə baxış və texniki dəqiqləşdirmələrin aparılması; Müştərilər və layihə komandası ilə texniki koordinasiya. Tələblər: Elektrik mühəndisliyi üzrə ali təhsil; Elektrik panolarının istehsalı sahəsində iş təcrübəsi; Elektrik sxemlərini sərbəst oxuma və hazırlama bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı; Elektrik avadanlıqları və aşağı gərginlik sistemləri üzrə biliklər. Təklif edirik: Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında); Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı; Müasir istehsalat mühitində çalışma imkanı. İş yeri: Bakı Əlaqə: +994 10 241 77 33 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini Mü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Qeyd: Elektrik panolarının istehsalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.