Местоположение: Bakı
Namizədə olan tələblər: Marketinq, digital və ya məhsul idarəetməsində ən azı 5 il təcrübə; Mobil tətbiq və ya veb məhsulun idarəsində iştirak (Product Owner, Product Manager və ya layihə meneceri kimi); Agile/Scrum ilə işləmək təcrübəsi üstünlükdür, Jira və ya Bitrix24 kimi alətlərdən istifadə; Digital marketinq alətləri ilə işləmək bacarığı: Meta Ads, Google Ads, Google Analytics; Büdcə planlaması üzrə təcrübə və analitik düşüncə; Azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür; Müstəqil işləmək və bir neçə layihəni eyni vaxtda aparmaq bacarığı. Vəzifə öhdəlikləri: Tətbiqin inkişaf strategiyasını və yol xəritəsini (roadmap) hazırlamaq, rəhbərliklə razılaşdırmaq; Biznes ehtiyaclarını və istifadəçi tələblərini toplamaq, onları texniki tapşırıqlara çevirmək; Product backlog-u idarə etmək və biznes dəyərinə görə prioritetləşdirmək; IT komandası və ya xarici developerlərlə planlama, qəbul və buraxılış proseslərini aparmaq; Yeni funksiyaları test etmək, qəbul etmək və istifadəyə vermək; Məhsul KPI-larını (aktiv istifadəçi sayı, konversiya, retention, tətbiq reytinqi) izləmək və nəticəyə görə təkmilləşdirmə təklif etmək; İstifadəçi rəylərini, bazarı və rəqib məhsulları araşdırmaq; Sərgi və tədbirlərdə iştirak, PR və media əlaqələrinə nəzarət, sosial şəbəkə hesabatlarının idarəsi və kontent planı; Marketinq kampaniyalarını planlaşdırmaq, keçirmək və nəticəsini (ROI) ölçmək; Brendbukun tətbiqinə nəzarət; Müştəri bazasının seqmentləşdirilməsi, avtomatik kommunikasiya (SMS, e-mail, push), satış komandası ilə lead axını; İllik marketinq təqvimini və büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək; Aylıq hesabatların hazırlanması (kanallar üzrə nəticə, lead dəyəri, ROI); Satış, IT, maliyyə və hüquq şöbələri ilə koordinasiya işlərinin aparılması. İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Çinarpark Biznes Mərkəzi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Məhsul və Marketinq Meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.