Yüklənir...
Местоположение: Bakı
Vəzifə təlimatı Layihə çərçivəsində daxil və xaric olan bütün mühəndislik, tikinti və inzibati sənədlərin qeydiyyatını və nəzarətini həyata keçirmək; Mühəndislik cizgilərinin, hidravlik və texnoloji sxemlərin reviziyalarını (Revision Control) izləmək, tikinti sahəsinin yalnız təsdiq olunmuş IFC (Issued for Construction) cizgiləri ilə təmin olunmasına nəzarət etmək; Layihə iştirakçıları (Sifarişçi, Baş Podratçı və Subpodratçılar) arasında sənəd mübadiləsini idarə etmək; Material sertifikatlarının, texniki pasportların və laboratoriya sınaq hesabatlarının vahid elektron reyestrini aparmaq; Layihə tamamlandıqdan sonra dövlət qəbulu və təhvil-təslim üçün As-Built (İcraat) sənədlərinin toplanmasını və arxivləşdirilməsini təmin etmək; Elektron sənəd dövriyyəsi sistemini mütəmadi olaraq yeniləmək və arxivin təhlükəsizliyini qorumaq. Tələblər Ali təhsil (İnşaat, mühəndislik, arxiv işi və ya biznesin idarə edilməsi sahələri üzrə üstünlükdür); Tikinti, su kəmərləri/kanalizasiya mühəndisliyi və ya irimiqyaslı infrastruktur layihələrində Document Controller kimi ən azı 2 il iş təcrübəsi; MS Office (xüsusilə Excel proqramında mürəkkəb cədvəllərlə işləmək bacarığı) Azərbaycan dilində mükəmməl yazı qabiliyyəti, ingilis dili (orta-yüksək səviyyədə, layihə sənədlərini anlamaq üçün) və rus dili arzuolunandır; Yüksək diqqətlilik, detallara önəm vermə İş şəraiti İş qrafiki 5 günlük 09:00-18:00 İş yeri C.Məmmədquluzadə 83 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.