İstehsalat və əməliyyatlar üzrə mütəxəssis - Arash Company

Местоположение: Bakı

Qalacıq Şərab komandası üçün gündəlik əməliyyatların, istehsalat və təsərrüfat proseslərinin düzgün təşkilini və koordinasiyasını təmin edəcək Operations Manager axtarırıq. Vəzifə öhdəlikləri Müəssisənin gündəlik əməliyyat və iş proseslərinin təşkilində iştirak etmək; İstehsalat və təsərrüfat işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını koordinasiya etmək; Əməkdaşlar arasında iş bölgüsünün və tapşırıqların icrasının izlənilməsinə dəstək olmaq; Təchizat, anbar və logistika proseslərinin koordinasiyasını həyata keçirmək; Xammal, material və hazır məhsul ehtiyatlarının uçotuna və hərəkətinə nəzarət etmək; Gündəlik iş proseslərində yaranan problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək; Daxili iş qaydalarının və əməliyyat prosedurlarının tətbiqinə nəzarət etmək; Əməliyyat prosesləri üzrə məlumatların toplanması və hesabatların hazırlanmasını təmin etmək; Namizədə tələblər Ali təhsil (Biznesin idarə olunması, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə); Əməliyyatların idarə olunması, logistika və ya istehsalat sahəsində minimum 1–2 il iş təcrübəsi; İş proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı; Təşkilatçılıq və operativ qərarvermə bacarıqları; Analitik düşünmə və problem həll etmə bacarığı; Rus və ingilis dilini bilmək üstünlükdür İş şəraiti İş yeri: Qalacıq, İsmayıllı Rəsmi əmək müqaviləsi; Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir; CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.