Местоположение: Bakı
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik və qaz qaynaqçısı” vəzifəsinə vakansiya elan edir. İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əmək haqqı : Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir. İş şəraiti Tam sosial təminat (məzuniyyət və s.) 5 günlük iş həftəsi Nahar fasiləsi: 12:00-13:00 Nahar müəssisə tərəfindən təmin edilir. Vəzifə öhdəlikləri Transformator və elektrik avadanlıqlarının istehsalı zamanı tələb olunan elektrik qövs və qaz qaynaq işlərini yerinə yetirmək; Transformatorların və digər elektrik avadanlıqlarının metal konstruksiyalarının, çənlərinin, korpuslarının və müxtəlif metal hissələrinin qaynaq işlərini həyata keçirmək; Qaynaq ediləcək metal səthləri işə hazırlamaq, təmizləmək və qaynaq üçün uyğun vəziyyətə gətirmək; Texniki çertyoj, sxem və istehsalat tapşırıqlarına uyğun qaynaq işlərini icra etmək; Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurları aradan qaldırmaq; Metal hissələrin ölçülərinə və konstruktiv tələblərə uyğun qaynaq edilməsini təmin etmək; Qaynaq aparatları, qaz balonları, elektrodlar, kabellər və digər qaynaq avadanlıqlarından düzgün istifadə etmək; Qaynaq işləri zamanı avadanlıqların texniki sazlığını yoxlamaq və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; İstehsalat prosesində istifadə olunan materiallara qənaətlə və təyinatına uyğun yanaşmaq; İş zamanı əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək; İş sahəsinin təmiz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək; Rəhbər tərəfindən verilən istehsalat tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər: Elektrik və qaz qaynaqçısı ixtisası üzrə peşə təhsili və ya müvafiq sertifikatın olması; Qaynaqçı kimi minimum 2 il iş təcrübəsi; Elektrik qövs və qaz qaynağı üzrə praktiki bacarıqlar; Metal konstruksiyalar, metal çənlər, korpuslar və digər metal hissələrlə işləmə bacarığı; Texniki çertyoj və sxemləri oxumaq bacarığı; Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı; Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və qüsurları müəyyənləşdirmək bacarığı; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları haqqında bilik; İstehsalat mühitində işləməyə uyğunlaşmaq və fiziki işlərə davamlı olmaq; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Namizədin şəxsi keyfiyyətləri: Məsuliyyətli və intizamlı olmaq; Diqqətli və dəqiq işləmək; İşə ciddi və peşəkar yanaşma; Texniki detallara qarşı diqqətli olmaq; Komandada işləmək bacarığı; Operativ və çevik qərar qəbul etmək; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Təhlükəsizlik qaydalarına riayət etmək; Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq; Stressli və intensiv iş şəraitində işləyə bilmək; İş prosesində səliqəli və nizamlı olmaq; Fiziki iş şəraitinə uyğunlaşa bilmək. Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik və qaynaqçısı” Mövzu bölməsində göstərin.