Yüklənir...
Местоположение: Bakı
Təsvir Şirkətin satınalma ehtiyaclarının müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanmasında iştirak etmək; Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması; Təchizatçılarla kommersiya danışıqlarını aparmaq, optimal qiymət və əməkdaşlıq şərtlərini əldə etmək; Satınalma sifarişlərinin hazırlanması, müqavilələrin tərtibi və icrasına nəzarət etmək; Satınalma proseslərinin şirkətin daxili prosedurlarına və təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsini təmin etmək; Təchizat müddətlərinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək; Satın alınan mal və xidmətlərin keyfiyyətinə, spesifikasiyalara və müqavilə şərtlərinə uyğunluğunu izləmək; Bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini və yeni təchizatçı imkanlarını izləmək; Satınalma üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Müvafiq şöbələrlə koordinasiyalı işləyərək satınalma proseslərinin səmərəliliyini artırmaq. Tələblər Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə); Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (texnika və kənd təsərrüfatı sahələri üzrə təcrübəyə üstünlük veriləcəkdir); Xarici təchizatçılarla əməkdaşlıq və beynəlxalq satınalma proseslərinin idarə edilməsi təcrübəsi; Məlumatların təhlili və satınalma xərclərinin optimallaşdırılması üzrə bacarıqlar; Tender, təchizatçı idarəetməsi və müqavilələrin hazırlanması üzrə təcrübə; İngilis dili biliyi mütləqdir (yazılı və şifahi), Rus dili biliyi arzuolunandır; Güclü analitik düşünmə, danışıqlar aparmaq və hesabatvermə bacarığı. Qeyd: İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir. Qəbələ və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır. Vakansiya növü - Tam ştat İmtiyazlar Könüllü tibbi siğorta Nahar təminatı Korporativ nömrə və danışıq limiti Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.