Yüklənir...
Местоположение: Bakı
Namizədə tələblər: Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə); İVK və tikinti sahəsində 1-3 il iş təcrübəsi; Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq; Excel, Word, AutoCad bilikləri; BİM layihələrində iştirak arzuolunandır; Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur. Vəzifə öhdəlikləri: Yaşayış, ictimai və sənaye binaları üçün isitmə, ventilasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi; Layihə tapşırıqlarına uyğun olaraq hesabatların (istilik itkisi, hava balansı, hidravlik və aerodinamik hesabatlar) aparılması; Digər bölmələrlə koordinasiyalı işin təşkili; Texniki spesifikasiyaların, avadanlıq və material siyahılarının (BOQ) hazırlanması; Layihələrin mövcud tikinti norma və qaydalarına (AzDTN,SNiP və s.) uyğun işlənilməsi. İş barədə məlumat: İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün; Əmək haqqı: 1000-1500 AZN. İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.