Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Topoqrafik ölçmə işlərinin aparılması və koordinatların müəyyən edilməsi. GPS, Total Station və digər geodeziya avadanlıqları ilə sahə ölçmələrinin icrası. Topoqrafik planların, xəritələrin və ölçü hesabatlarının hazırlanması. Tikinti sahəsində layihəyə uyğun ölçmə və nişanlama işlərinin aparılması. Tunel qazıntısı işləri zamanı geodeziya ölçmələrinin aparılması, qazıntı oxlarının, istiqamət və səviyyələrin layihəyə uyğun müəyyən edilməsi və nişanlanması. Tunelin qazıntı profilinin, en kəsiyinin, uzununa istiqamətinin və layihə ölçülərinin mütəmadi olaraq yoxlanılması. Tunel qazıntısı zamanı faktiki ölçülərin layihə göstəriciləri ilə müqayisə edilməsi və kənarlaşmaların müəyyən edilərək aidiyyəti şəxslərə bildirilməsi . Tunel daxilində geodeziya nişanlarının, reperlərin və digər ölçmə nöqtələrinin yaradılması, qorunması və mütəmadi yoxlanılması. Qazıntı, betonlama, üzləmə və digər tunel işləri üzrə icra ölçmələrinin aparılması və “as-built” ölçü sənədlərinin hazırlanması. Yerinə yetirilən işlərin layihə və normativ tələblərə uyğunluğunun yoxlanılması. İcra olunmuş işlərin sənədləşdirilməsi və hesabatların hazırlanması. Sahədə podratçıların gördüyü ölçmə işlərinə nəzarət və koordinasiya. Ölçmə nəticələrinin emalı, koordinatların hesablanması və müvafiq elektron proqramlarda işlənilməsi. Aşkarlanmış ölçü fərqləri və layihədən kənarlaşmalar barədə rəhbərliyə və layihə üzrə məsul şəxslərə məlumat verilməsi. Tələblər Geodeziya, Topoqrafiya və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil. Minimum 5 il iş təcrübəsi. GPS, Total Station, Nivelir və digər geodeziya cihazları ilə işləmək bacarığı. AutoCAD, Civil 3D, Leica Geo Office və ya oxşar proqramlarda işləmək bacarığı. Sahə təcrübəsinin olması mütləqdir. Şəxsi keyfiyyətlər Analitik düşüncə və detallara diqqət. Məsuliyyətli və intizamlı. Komanda ilə işləmək bacarığı. Operativ qərarvermə və təşəbbüskarlıq. Vaxtın düzgün idarə olunması. İ ş yeri: Bakı şəhəri Qış Parkının yanı Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “ Topoqraf” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.