Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı şəhəri Əmək haqqı: 2000–2500 AZN Vəzifə öhdəlikləri Tikinti layihələrində işlərin təsdiq edilmiş qrafik, layihə sənədləri, prosedurlar və müqavilə tələblərinə uyğun icrasına nəzarət etmək; İşlərin icra ardıcıllığını və layihə qrafikini izləmək; Proses üzrə gecikmələri, riskləri və potensial problemləri vaxtında müəyyənləşdirmək; Uyğunsuzluqları izləmək və onların aradan qaldırılması prosesinə nəzarət etmək; Layihənin icra vəziyyəti üzrə həftəlik və aylıq proses hesabatları hazırlamaq; İşlərin gedişatı və proses göstəriciləri barədə rəhbərliyə mütəmadi məlumat vermək; Təsdiq edilmiş layihə sənədləri, prosedurlar və müqavilə tələbləri əsasında prosesə nəzarəti həyata keçirmək. Tələblər Minimum 5 il müvafiq iş təcrübəsi; Tikinti layihələrində prosesə nəzarət və layihə icrası üzrə təcrübə; Ən azı 2 analoji tikinti layihəsində iştirak; İş qrafiki və işlərin icra ardıcıllığına nəzarət bacarığı; Gecikmə və risklərin müəyyən edilməsi və təhlili bacarığı; Hesabat hazırlama və analitik düşünmə qabiliyyəti; MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı; Azərbaycan dilində peşəkar hesabat hazırlama bacarığı; İngilis dili biliyi. CV-də qeyd olunmalıdır Ad, soyad; Təhsil və ixtisas; Müvafiq iş təcrübəsi (il ilə); Analoji layihələrin sayı; Analoji layihələrin adları; Həmin layihələrdə tutduğu vəzifə və əsas funksiyalar. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Prosesə Nəzarət Mütəxəssisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.